Əbu-Dabidə Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar uğurla davam edir.
1xeber.media xəbər verir ki, bu barədə noyabrın 25-də Axios-a müsahibəsində ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Daniel Driskolun mətbuat katibi Ceff Tolbert bildirib.
"Katib Driskoll və komandası Rusiya nümayəndə heyəti ilə Ukraynada davamlı sülhün əldə edilməsi ilə bağlı müzakirələr aparıb. Danışıqlar yaxşı gedir və biz nikbinliyimizi davam etdiririk", - o deyib.
Tolbertin sözlərinə görə, ABŞ-ın yeni xüsusi nümayəndəsi Rusiya tərəfi ilə görüş zamanı Ağ Ev administrasiyası və ABŞ-ın idarələrarası agentlikləri ilə sıx koordinasiyadadır.















