İlk “Hörümçək adam” rolunun ifaçısı Dənni Siqren vəfat edib.
1xeber.media xəbər verir ki, aktyor 81 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Siqren 1970-ci illərdə Reta Moreno və Morqan Frimanın da rol aldığı məşhur uşaq proqramı “The Electric Company”də ilk dəfə "Hörümçək adam" obrazını canlandırıb. O, həmçinin “Ulica Sezam”da müxtəlif gəlincik personajlarını ifa edib.
Dənni Siqren karyerası boyunca “Kapitan Kenquru”, “Kim operadan qorxur” və “Miss Piç” kimi layihələrdə də gəlincik personajları yaradıb. “Miss Piç” layihəsi ona gündüz “Emmi” mükafatı qazandırıb.
















