Ukrayna prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinlə görüşdən sonra ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff və Donald Trampın kürəkəni Jared Kuşnerdən siqnal gözlədiyini bildirib.
1xeber.media xəbər verir ki, onun sözlərini RBC-Ukrayna öz Telegram kanalında yazıb.
"Onlar Vladimir Putinlə görüşdən sonra dərhal bizə hesabat vermək istəyirlər. Düşünürəm ki, gələcək və sonrakı addımlar bu siqnallardan asılı olacaq. Bu addımlar gün ərzində sürətlə dəyişəcək", - o deyib.
Zelenski həmçinin Trampla Moskvada bugünkü danışıqlardan asılı olan görüşə hazır olduğunu qeyd edib.
Bundan əvvəl Rusiya prezidentinin xarici ölkələrlə investisiyalar və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev bəyan etmişdi ki, dekabrın 2-də Rusiya-Amerika danışıqları Ukraynanın taleyini həll edəcək “bütün dünya üçün mühüm gün”ün başlanğıcını qoyur.

















