1xeber.media xəbər verir ki, Avropa İttifaqına (Aİ) üzv ölkələrin daimi nümayəndələri “sabitliyi pozan hərəkətlərə” görə Rusiyaya qarşı sanksiyaları genişləndirmək barədə razılığa gəliblər.
Aİ Şurasındakı mənbə agentliyə bildirib ki, “Rusiyanın sabitliyi pozan hərəkətləri üçün məhdudlaşdırıcı tədbirlərə dair gündəliyin bəndi razılaşdırılıb”.
Mənbə onu da qeyd edib ki, yekun qərar Aİ-nin xarici işlər nazirləri tərəfindən dekabrın 15-nə planlaşdırılan görüşdə veriləcək.
Daha əvvəl “The Financial Times” yazıb ki, Aİ rəhbərliyi Macarıstanın potensial vetosundan yayınmaq üçün dondurulmuş Rusiya aktivlərinin daimi bloklanmasına dair xüsusi qanunun qəbulunu sürətləndirmək niyyətindədir. Mənbələrin bildirdiyinə görə, belə bir qanunun qəbuluna “tələsik cəhd” Brüsselin Ukrayna ilə bağlı ABŞ-la danışıqlarda “təsir göstərmək qabiliyyətini qorumaq” istəyi ilə izah olunur.

















