1xeber.media xəbər verir ki, Rusiyanın Suriyadakı hərbi bazaları üçün heç bir təhlükə yoxdur, bu ölkənin Rusiya Federasiyasındakı konsulu Zager Əl-Əhmar dekabrın 9-da bildirib.
“Hazırda Suriyadakı bazalar üçün heç bir təhlükə, problem yoxdur. Gələcəkdə bu, iki tərəf arasında qərar olacaq”.
Əl-Əhmər əlavə edib ki, Suriya indi yeni dövlətdir, lakin iki ölkə arasında təmaslar dayandırılmayacaq.