Ukrayna prezidenti Vladimir Zelenski respublikanın Silahlı Qüvvələrinin Donbasdan çıxarılması ilə bağlı referendumun nəticəsini proqnozlaşdırıb.
1xeber.media xəbər verir ki, “Fox News” telekanalına müsahibəsində Ukrayna lideri bu təklifin təsdiqlənməyəcəyini bəyan edib.
"Bu, Ukrayna üçün böyük risk olacaq, ukraynalılar üçün qəbuledilməz olacaq və referendumun nəticələri müsbət olmayacaq", - Zelenski qeyd edib.
Eyni zamanda, Ukrayna lideri təkid edir ki, sülh planında münaqişənin ümumxalq səsverməsi yolu ilə həllinə dair razılaşmalar öz əksini tapmalıdır.

















