Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) yaradılmasının 107-ci ildönümü qeyd olunur. Ölkənin hava məkanının qorunması, strateji və operativ tapşırıqların icrası məqsədilə formalaşdırılan HHQ Azərbaycan Ordusunun ən mühüm tərkib hissələrindən biridir.
1xeber.media xəbər verir ki, maddi-texniki imkanlar baxımından Azərbaycan HHQ-ləri Cənubi Qafqaz regionunda öncül mövqelərdən birini tutur. Azərbaycan pilotları MDB məkanında ən çox uçuş həyata keçirən pilotlar sırasında yer alır.
Azərbaycan Hərbi Hava Qüvvələrinin şəxsi heyəti 44 günlük Vətən müharibəsində və digər əməliyyatlarda göstərdiyi yüksək peşəkarlığı bundan sonra da davam etdirməyə, Ali Baş Komandan, Prezident İlham Əliyevin istənilən döyüş əmrini hər an yerinə yetirməyə hazırdır.
AZƏRTAC-ın 107 illiklə bağlı lentə aldığı fotoları təqdim edirik:



























