1xeber.media xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) məlumatına görə, İran ABŞ və İsrail hədəflərinə super ağır raketlərlə hücum edib.
Bəyanatda qeyd olunur ki, Ali Baş Komandan Ayətullah Müctəba Xameneiyə həsr olunmuş "Əsl Vəd-4" Əməliyyatının 31-ci dalğası ABŞ-sionist hədəflərinə qarşı güclü super ağır raketlərdən istifadə etməklə həyata keçirilib. Hədəflərin yerləri açıqlanmayıb.
Martın 6-da İran İsrailə qarşı daha bir hücum dalğası başladaraq "Xorrəmşəhr-4" super ağır orta mənzilli ballistik raketindən istifadə edib.
"Fars" Xəbər Agentliyi mənbələrə istinadən həmçinin bildirib ki, İran növbəti cavab zərbələrində ən son ballistik raketlərdən istifadə edəcək.

















