NATO-nun baş katibi Mark Rutte Litvanı alyansın lideri adlandıraraq, onu digər NATO ölkələrinə nümunə göstərib.
1xeber.media xəbər verir ki, o, bu barədə Brüsseldə Litva prezidenti Gitanas Nauseda ilə görüşündən sonra bildirib.“Müdafiə xərcləri haqqında danışarkən Litva liderlər sırasındadır.
Siz bunun üçün ÜDM-in 3 faizini ayırırsınız və yaxın gələcəkdə bu cür xərclər ÜDM-in 3,5 faizinə çatdırılacaq. Bu, sizin NATO-nun kollektiv təhlükəsizliyinə sadiqliyinizi nümayiş etdirir”.Rutte vurğulayıb ki, Vilnüs həm də NATO-nun hərbi sənayedə lideridir. O xatırladıb ki, Litva hakimiyyəti əvvəllər Almaniyanın Rheinmetall silah konserni ilə Baysoqalada sursat istehsalı üçün müqavilə imzalayıb.