Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatı
1xeber.media xəbər verir ki,Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərin maariflənməsi məqsədilə paytaxtın müxtəlif küçə və prospektlərində ara məsafəsinin saxlanılmaması səbəbindən baş verən yol-nəqliyyat hadisələri ilə bağlı videoməlumatı təqdim edib.
Nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi saxlamamağın nəticəsi!
Sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Bu qayda dəfələrlə sürücülərin diqqətinə çatdırılıb və onların maariflənməsi məqsədilə bir çox tədbirlər görülüb, ancaq təəssüflər olsun ki, göstərilən səbəbdən yol-nəqliyyat hadisələri tez-tez baş verir. Ölüm və xəsarətlə, yaxşı halda isə maddi zərərlə nəticələnən belə qəzalar yollarda nəqliyyatın hərəkətində ləngimələrə də səbəb olur.