Pivə qutusu ilə baş məşqçinin başını yardılar
Meksika millisinin baş məşqçisi Xavyer Aqirre tribunadan atılan pivə qutusuna görə başından xəsarət alıb.
1xeber.media xəbər verir ki, hadisə CONCACAF (Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsi) Millətlər Liqasının 1/4 finalında Hondurasla matçdan sonra baş verib.
Məlumata görə, Hondurasda baş tutan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Aqirre matçdan sonra rəqib məşqçi Reynaldo Ruedanı təbrik etməyə gedərkən azarkeşlər ona əşyalar atıblar. Bu zaman pivə qutusu məşqçinin başına dəyib və onun başından qan axmağa başlayıb.
65 yaşlı meksikalı mütəxəssisin soyuqqanlı reaksiyası isə gündəm olub.
Meksika Futbol Federasiyası CONCACAF-dan hadisə ilə bağlı təcili və qəti tədbirlər görməyi tələb edib.