Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2024-cü ilin ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb.
1xeber.media xəbər verir ki, siyahıda 54 futbolçu yer alıb. Onların arasında "Qarabağ"ın hücumçusu Juninyo da var.
O, 2024-cü ildə 26 qol vurmağı bacarıb və 45-ci pillədə qərarlaşıb. 28 yaşlı forvard Misli Premyer Liqasında 10, avrokuboklarda 11, Azərbaycan kubokunda isə 5 qola imza atıb.
Juninyodan sonrakı 9 futbolçu da bu il 26 dəfə fərqlənib.
1-ci yerdə isə "Sportinq"in futbolçusu Viktor Qyökereş yer alıb. O, 59 qol vurub.
"Mançester Siti"dən Erlinq Haaland 2-ci (47 qol), "Bavariya"dan Harri Keyn 3-cüdür (46 qol).