Kamran Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşdü
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.
Noyabrın 14-də Baş prokuror Kamran Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi – Əsəd Məcid Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.