COP29-a velosipedlə gəldi — VİDEO
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) gələn qonaqlar öz müxtəliflikləri ilə diqqət çəkir.
Ən maraqlı məqamlardan biri də COP29-a velosiped ilə qoşulan David Ligouydur.
D.Ligouy fransız yazıçısı olmaqla bərabər,həm də iqlim çempionudur.
1xeber.media “Bakıvaxtı.az”a istinadən xəbər verir ki, 54 yaşlı D.Ligouy 6 ildir ki, bütün dünyanı gəzərək iqlim və biomüxtəliflik böhranları ilə mübarizə aparır.
Ligouy 6-cı ildir ki, günəş panelləri ilə işləyən elektrik yardımçı trikesi (yatan üç təkər) ilə bütün dünyada - bu günə qədər beş qitənin 30 ölkəsində gəzib. 2023-cü ildə Dubayda İqlim Dəyişikliyi üzrə COP28 tədbirində iştirak edib. Bu il isə ölkəmizdə keçirilən COP29-da iştirak edir.Onun əsas məqsədi biomüxtəlifliyin kütləvi azalması və qlobal iqlim böhranı haqqında ictimaiyyəti məlumatlandırmaqdır.