Co Bayden daha bir il prezident qalsaydı, Üçüncü Dünya Müharibəsi labüd olacaqdı.
1xeber.media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Mayami investisiya forumunda etdiyi çıxış zamanı bildirib.
“Üçüncü Dünya Müharibəsindən heç kimə xeyir yoxdur, sizsə ondan elə də uzaq deyilsiniz. Əgər bizim administrasiya elə keçənilki administrasiya qalsaydı, siz Üçüncü Dünya Müharibəsi ilə üzləşəcəkdiniz. Ancaq indi bu baş verməyəcək”, - deyə o bildirib.
Tramp qeyd edib ki, o, bütün dünyada mövcud olan münaqişələrin nizamlanması və atəşkəs istiqamətində sürətli templərlə addımladığını dilə gətirib.