Şimali Atlantika Alyansı ölkələri 2025-ci ilin ilk 3 ayında Ukraynanın təhlükəsizliyini dəstəkləmək üçün artıq 20 milyard avro ayırıb.
1xeber.media xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte bildirib.
"NATO müttəfiqləri Ukraynanı dəstəkləməkdə davam edir. Təkcə ilk üç ayda 2025-ci il üçün təhlükəsizliyi dəstəkləmək üçün təxminən 20 milyard avro ayrılıb" dedi.
Bundan əvvəl məlum olmuşdu ki, aprelin 11-də Almaniya və Böyük Britaniya NATO-nun mənzil-qərargahında Ukraynaya hərbi təchizatla bağlı təmas qrupunu toplayacaq. Qeyd olunur ki, ABŞ 2024-cü ilin sonunda bu qrupa sədrlikdən imtina etməzdən əvvəl belə görüşlər yalnız alyansın xarici işlər nazirlərinin planlaşdırılan görüşləri çərçivəsində keçirilirdi.