Rusiyaya məxsus “MiQ-31” qırıcıları Estoniya hava məkanını pozub.
1xeber.media xəbər verir ki, bu barədə Estoniya mediasında məlumat yayılıb.
Məlumata görə, təyyarələr icazəsiz olaraq Vayndloo adası yaxınlığında Estoniyanın hava məkanına daxil olub və orada təxminən 12 dəqiqə qalıb.
Uçuş zamanı transponderlər söndürülüb, həmçinin Estoniyanın aviadispetçerləri ilə ikitərəfli radio əlaqəsi olmayıb.