Müxalif qüvvələrin Dəməşqi nəzarətə götürməsindən sonra yerli əhali İran səfirliyinə hücum edib.
Bu barədə görüntülər yayılıb.
Belə ki, suriyalılar səfirliyin binasındakı otaqları dağıdaraq, binanın şüşələrini sındırıblar.
Qeyd edək ki, bundan öncə İranın hərbi müşavirlərini və diplomatlarını Suriyadan təxliyə etdiyi haqda məlumat yayılmışdı.