ABŞ prezidenti Donald Tramp məsləhətçiləri ilə Ukraynanın NATO-ya mümkün qəbulu və ya onun nüvə imkanları məsələsini hələlik müzakirə etməyib.
1xeber.media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit bildirib.
“Mən ona bu barədə danışmasına icazə verəcəm” deyən Levitt əlavə edib ki, ABŞ dövlət katibi Marko Rubio və vitse-prezident J.D.Vans fevralın 14-də Vladimir Zelenski ilə görüşəcək.
Digər Avropa ölkələrinin görüşdə mümkün iştirakı ilə bağlı sualı şərh edən Levitt qeyd edib ki, onun heç bir Avropa dövlətinin iştirakı barədə məlumatı yoxdur.
Bundan əvvəl Tramp Putinlə telefon danışığı apardığını bildirmişdi. Ağ Ev rəhbərinin sözlərinə görə, Rusiya lideri ilə söhbət çox məhsuldar olub. Siyasətçilərin müzakirə etdiyi mövzular arasında Ukraynada sülh yolu ilə nizamlanma, Yaxın Şərqdəki vəziyyət, enerji sektorunda problemlər və bir sıra başqa mövzular olub.