Rusiyalı senator Aleksey Puşkov bildirib ki, Ukrayna və Aİ ölkələri Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın təmaslarından dəhşətə gələcəklər.
1xeber.media xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.
Bundan əvvəl Tramp Putinlə telefon danışığı aparıb. Amerika liderinin sözlərinə görə, rusiyalı həmkarı ilə söhbət çox məhsuldar olub.
Siyasətçilərin müzakirə etdiyi mövzular arasında Ukraynada sülh yolu ilə nizamlanma, Yaxın Şərqdəki vəziyyət, enerji sektorunda problemlər və bir sıra başqa mövzular olub.