ABŞ prezidenti Donald Trampın köməkçiləri Ukrayna lideri Vladimir Zelenskinin son açıqlamalarını və xüsusən də Səudiyyə Ərəbistanında ABŞ-Rusiya danışıqlarına reaksiyasını narahatlıqla izləyiblər.
1xeber.media xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN məlumat yayıb.
KİV qeyd edir ki, Zelenskinin Trampı “Rusiya dezinformasiyasının qurbanı” adlandırması ilə vəziyyət daha da gərginləşib. Bundan sonra Amerika lideri şəxsi olaraq köməkçilərinə ukraynalı həmkarına birbaşa cavab vermək istədiyini bildirib və "Truth" sosial şəbəkəsində mesaj yerləşdirib, mənbə qeyd edib.
“Bu, məyusluqdur. Bu hərbi əməliyyatın başa çatması lazım olduğuna dair güclü və əsaslı bir fikir var, lakin Zelenskinin açıq bəyanatları bu məqsədə gedən yolu çətinləşdirir”, - Ağ Ev rəsmilərindən biri bildirib.