Belqradda etiraz aksiyaları zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları Milli Assambleyanın (birpalatalı parlament) yaxınlığında Serbiya prezidentinin iqamətgahını partlatmaqla hədələyən şəxsi saxlayıblar.
1xeber.media xəbər verir ki, bu barədə martın 5-də Respublika Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Belqradda mühafizəçilərə yanında iki bomba olduğunu və prezident sarayını partlatmaq istədiyini söyləyən şəxs həbs edilərək inzibati binaya aparılıb", - departamentin saytında deyilir.
Axtarış zamanı partlayıcı qurğunun tapılmadığı qeyd edilir.