Rusiya ilə Abxaziya arasında hava əlaqəsi mayın 1-dən başlayacaq.
1xeber.media xəbər verir ki, bu barədə aprelin 2-də Rusiya Federasiyası Prezidentinin İcra Aparatı rəhbərinin birinci müavini Sergey Kiriyenko məlumat verib.
"Artıq bir çox qərarlar qəbul edilib. [Rusiya Federasiyasının prezidenti Vladimir Putinin] tapşırığına əsasən, biz hava daşımalarının genişləndirilməsi barədə qərar qəbul etdik. Mayın 1-dən isə Suxum hava limanına tam hüquqlu hava hərəkəti həyata keçiriləcək", - Kiriyenko qeyd edib.
Bundan əlavə, o əlavə edib ki, mayın 1-dən Sirius-İmeritinskaya Dolina-Suxum elektrik qatarı da hərəkətə başlayacaq ki, bu da səyahət üçün ciddi əlavə fürsətdir.