İranın Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 700-ü ötüb.
1xeber.media xəbər verir ki, bu barədə “Tasnim” nəşri məlumat yayıb.
Partlayış nəticəsində 5 nəfərin də öldüyü bildirilir.
“Təəssüf ki, indiyədək beş nəfər ölüb”, – Tasnim Telegram kanalı yazıb.
Mehr qəzetinin məlumatına görə, partlayış saat 12:30 radələrində (Moskva vaxtı ilə 12:00) Şəhid Rəcai limanında baş verib. Yaxınlıqdakı şəhərlərdən hadisə yerinə 15 təcili yardım maşını və dörd təcili yardım avtobusu göndərilib. Partlayış baş verən əraziyə qonşu rayonlardan bir neçə helikopterin göndərildiyi bildirilir. Hazırda vəziyyət nəzarət altındadır.