ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskinin Ukraynada sülh razılaşmasının şərtlərinə uyğun olaraq seçki keçirməsində israr etməyəcək.
1xeber.media xəbər verir ki, bu barədə “Teleqraf” qəzeti Avropa diplomatiyasındakı mənbələrə istinadən məlumat yayıb.
"Donald Tramp Vladimir Zelenskini sülh üçün qiymət olaraq onu hakimiyyətdən uzaqlaşdıra biləcək seçkilər keçirməyə məcbur etməyəcək", - bəyanatda deyilir.
Eyni zamanda, nəşr qeyd edir ki, bu güzəşt avropalı diplomatlarda şübhələrə səbəb olub, çünki ABŞ digər sahələrdə Kiyevə təzyiqləri artırıb.
Bundan əvvəl Amerika lideri Donald Tramp bəyan etmişdi ki, Rusiya prezidenti Vladimir Putinlə rəftar etmək Vladimir Zelenskidən daha asandır.