Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.
1xeber.media xəbər verir ki, ümumilikdə 9 nəfərin saxlanılıb.
Onlar rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və aşmada ittiham olunurlar.
Diqqət çəkən məqam isə saxlanılanlar arasında xanım müavinin olmasıdır.
Belə ki, İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərovanın da saxlanılan şəxslər arasında olduğunu bildirilir.