İran ABŞ hərbi bazalarına hücum etməzdən əvvəl Qətər hakimiyyətinə xəbərdarlıq edib.
1xeber.media xəbər verir ki, bu barədə Amerikanın “The New York Times” qəzeti İran rəsmilərinə istinadən məlumat yayıb.
Qəzetin mənbələrinə görə, İran bu addımı Qətər əhalisi arasında mümkün qədər çox sayda itki verməmək üçün atıb.
Bundan əvvəl Qətər İranın ABŞ aviabazasına raket hücumunu pisləyib və bunu ölkənin suverenliyinin kobud şəkildə pozulması kimi qiymətləndirib.