“Şuşa Azərbaycan xalqı üçün çox dəyərli bir yerdir. Qlobal media forumunun keçirildiyi yer kimi bura təsadüfən seçilməyib”.
1xeber.media xəbər verir ki, bunu Azərbaycan Prezidentin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusuna həsr olunmuş III Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Qlobal media forumu üç il ardıcıl Şuşa şəhərində keçirilir:
“Niyə məhz bu şəhər? Şuşa müəyyən mənada,Azərbaycan xalqının tarixidir, yaradıcılıq üçün ilham yeri olub. Və bir çox Azərbaycan mütəfəkkirləri, filosofları, yazıçıları, o cümlədən jurnalistləri bu şəhərdə doğulub və bu şəhərdə yaradıblar. Buna görə də, bu ənənəni davam etdirərək, biz ilhamverici nəğməni Şuşa şəhərinə qaytarmaq istərdik. Təəssüf ki, Şuşa işğal altında olanda bu ərazidən dezinformasiyanın yayılması halları olmuşdu. Bu baxımdan, tədbirin burada keçirilməsi bir fürsətdir ki, iştirakçılar Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb fikir mübadiləsi aparsınlar. Bu da dezinformasiyanın qarşısını almaq baxımından çox vacibdir”.