Rusiya prezidenti Vladimir Putin Sergey Tolçenovu ölkənin Papua-Yeni Qvineyaya yeni səfiri təyin edib. Dövlət başçısının fərmanı dekabrın 2-də hüquqi aktların dərci üçün rəsmi portalda yerləşdirilib.
1xeber.media xəbər verir ki, “Sergey Gennadieviç Tolçenov Rusiya Federasiyasının Müstəqil Papua-Yeni Qvineyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə yarımştat əsasda təyin edilsin”, - sənəddə deyilir.Tolçenovun 59 yaşı var və 1988-ci ildən diplomatik xidmətdədir. May ayında o, həm də Rusiyanın İndoneziyadakı səfiri təyin edilib.