Böyük Britaniyanın baş naziri Keir Starmer Aİ nümayəndələri ilə Danimarkada keçirilən sammitdə iştirakını yarımçıq qoyub və Mançesterdə baş verə biləcək terror aktına görə geri qayıdır.
1xeber.media xəbər verir ki, bu barədə oktyabrın 2-də Sky News məlumat yayıb.
Kanal qeyd edib ki, Starmer hadisə ilə bağlı təcili toplantı üçün Böyük Britaniyaya qayıdır.
Britaniyanın baş naziri özünün X sosial media hesabında (keçmiş Twitter) "hücumdan dəhşətə gəldiyini" yazıb.