“Rossotrudniçestvo” qurumu ilə Azərbaycan hökuməti hazırda Bakıda “Rus evinin” fəaliyyətinin bərpası istiqamətində danışıqlar aparır.
1xeber.media xəbər verir ki, bu barədə agentliyin rəhbər müavini Pavel Şevtsov “RİA Novosti”yə açıqlama verib.
Şevtsovun sözlərinə görə, tərəflər konsensus tapmaq üçün əlaqə saxlayır və Rusiya ümid edir ki, Prezident Vladimir Putin və Prezident İlham Əliyev arasında keçiriləcək görüşün nəticəsində məsələ müsbət həllini tapacaq.