Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.
1xeber.media report-a istinadla xəbər verir ki, "Toyota Kamri" markalı minik avtomobili idarəetmədən çıxaraq Samur-Abşeron kanalının Sumqayıtdan keçən hissəsinə düşüb.
Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. Yaralılar dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.

















