Böyük Britaniya Ukraynaya sülhməramlıların göndərilməsində rol oynamağa hazırdır.
Bu barədə Böyük Britaniyanın baş naziri Key Starmer Kiyevə səfəri zamanı "Sky News" telekanalına müsahibəsində deyib.
"Mən bunu bir sıra müttəfiqlərlə, [Fransa prezidenti Emmanuel] Makronla müzakirə etdim. Biz öz rolumuzu tam oynayacağıq", - deyə o qeyd edib.