Rusiyanın hava məkanında 32 Ukrayna PUA-sı vurulub.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"23 avqustda Moskva vaxtı ilə saat 14:00-dan 17:00-a qədər növbətçi hava hücumundan müdafiə vasitələri tərəfindən Ukraynaya məxsus 32 ədəd təyyarə tipli pilotsuz uçuş aparatı aşkar edilərək məhv edilib", - MN qeyd edib.