Bülletenlərin çapı başa çatıb, 6 052 721 seçki bülleteni dairə seçki komissiyalarına çatdırılması üçün hazırdır.
1xeber.media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Rövzət Qasımov bu gün bələdiyyə seçkiləri ilə əlaqədar bülletenlərin dairə komissiyalarına paylanmasına başlanılması ilə bağlı tədbirdə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, dairə seçki komissiyaları bülletenləri seçki gününə azı 3 gün qalmış məntəqə seçki komissiyalarına təqdim etməlidir.
Sədr müavini qeyd edib ki, bülletenlərin paylanması MSK-nın seçkidən əvvəl gördüyü ən son tədbirlərdən biridir.
Xatırladaq ki, yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.